Qəbələdə yeni subartezian quyuları qazılacaq

Qəbələdə yeni subartezian quyuları qazılacaq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:
İnfrastruktur
30 İyul , 2020 14:51
Qəbələdə yeni subartezian quyuları qazılacaq

Qəbələ rayonunun əhalisi 14 880 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusu qazılacaq. 

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncama əsasən layihələndiril və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı da açıqlanıb:

Sıra

№-si

Yaşayış məntəqələri

Quyuların

sayı, ədəd

Əhalinin

sayı, nəfər

       1.    

Abrıx kəndi

1

781

       2.   

Bayramkoxalı kəndi

1

1310

       3.    

Daşca kəndi

1

936

       4.     

Hacıalılı kəndi

1

1678

       5.  

Mollaşıxalı kəndi

1

374

       6.  

Siləyli kəndi

1

335

       7.    

Sırt Yengicə kəndi

1

449

        8. 

Soltannuxa kəndi

1

4925

        9.

Uludaş kəndi

1

1867

      10.

Yenikənd kəndi

1

2225

Cəmi

10

14 880

Son xəbərlər

Orphus sistemi