Qəbələdə selin yaratdığı fəsadlar aradan qaldırılıb

Qəbələdə selin yaratdığı fəsadlar aradan qaldırılıb Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Qəbələ rayonunda fəaliyyət göstərən yerli istismar idarəsi dağ çaylarında sel təhlükəsinin qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlərini davam etdirir.
İnfrastruktur
24 Avqust , 2024 23:47
Qəbələdə selin yaratdığı fəsadlar aradan qaldırılıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Qəbələ rayonunda fəaliyyət göstərən yerli istismar idarəsi dağ çaylarında sel təhlükəsinin qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlərini davam etdirir.

Bu barədə "Report"un Şimal-qərb bürosuna yerli istismar idarəsindən məlumat verilib.

Bildirilib ki, idarənin iki əsas vəzifəsindən biri rayonun inzibati ərazisini, eyni zamanda kənd təsərrüfatına yararlı torpaq sahələrinin sel sularından mühafizə etməkdən ibarətdir. Bu məqsədlə 2024-cü ilin planlaşmasına əsasən 574 min m3 çay məcrasının təmizlənməsi, 1320 m3 beton bəndlərdə cari təmir işləri, 150 m3 qabion bənd, 48 m3 şax bəndin vurulması nəzərdə tutulub.

Eyni zamanda 200 m3 beton bəndlərdə cari təmir işləri görülüb, 37 m3 qabion bənd vurulub, 48 m3 şax bənd vurulub. İlin əvvəlindən bu günə qədər 35,2 km məsafədə 118 min m3 məcra təmizləmə işləri aparılıb.

Bundan başqa, 2024-cü ilin planlaşmasına əsasən suvarma suyunun itkisiz fermerlərə çatdırılmasını təmin etmək məqsədilə suvarma kanallarında 746 min m3 lildən təmizləmə işi planlaşdırılıb. Bu məqsədlə ucqar kəndlərə su aparan kanallarda lildən təmizləmə işlərinə başlanılıb ki, bu günə qədər 79,3 km məsafədə 146 min m3 iş görülüb, su ayrıclarından fermerlərə 30 mln. m3-dən artıq su verilib və 30 min hektara qədər sahə suvarılıb. Hazırda idarənin balansında olan 30 min m3 həcminə malik Xırxatala su tutarının təmiri aparılır.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Qəbələ rayonunda fəaliyyət göstərən yerli istismar idarəsinin əsas fəaliyyət sahəsi rayonda yaşayan 11 300-dən artıq kəndli fermer təsərrüfatının ətrafında birləşən 11 700 ha sahəni su ilə təmin etməkdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi