Qəbələdə 8 yaşayış məntəqəsinin yolu yenidən qurulur

Qəbələdə 8 yaşayış məntəqəsinin yolu yenidən qurulur Bakı. 28 aprel. REPORT.AZ/ Qəbələdə 8 yaşayış məntəqəsinin yolu yenidən qurulur.
İnfrastruktur
28 Aprel , 2018 10:03
Qəbələdə 8 yaşayış məntəqəsinin yolu yenidən qurulur

Bakı. 28 aprel. REPORT.AZ/ Qəbələdə 8 yaşayış məntəqəsinin yolu yenidən qurulur.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən "Report"a verilən məlumata görə, bu il həyata keçiriləcək 63 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx yaşayış məntəqələrini əhatə edən uzunluğu 18 km olan avtomobil yolunun yenidən qurulması layihəsidir.

Layihəyə əsasən 18 km uzunluğa malik olan yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun yenidən qurulur, yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Bununla əlaqədar olaraqyolun yararsız qruntu 34 min kub.m sahədə qazılaraq çıxarılır, yola yararlı çınqıl materialı tökülərəkgenişləndirilir, genişləndirilmiş və bitki qatından təmizlənmiş ərazilərdə yenidən kipləşdirmə işləri aparılır və 72 min kub.m sahədə yeni yol yatağı inşa edilir. 170 min kv.m sahədə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının alt və üst layının layihədə nəzərdə tutulmuş qalınlıqlarda inşasından sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 100 min kv.m-dən çox sahəni əhatə edəcək.

Yenidənqurma işləri çərçivəsində hazırda süni qurğuların inşası və əsaslı şəkildə bərpası da aparılır. Belə ki, yol boyu mövcud avtomobil körpüləri və körpü məhəccərləri təmir ediləcək, yolun altından suların ötürülməsi üçün mövcud olan suötürücü borular bərpa olunacaq və müxtəlif diametrli 612 paqon-metr uzunluğunda yeni metal, 72 paqon-metr dəmir-beton suötürücü boruların, həmçinin42 paqon-metr uzunluğunda su keçidinin inşası işləri görüləcək.

Əraziyə cəlb olunmuş lazımi sayda qüvvənin köməkliyi ilə qısa müddətə tikinti işlərinin yekunlaşdırılması ilə yol boyu zəruri olan yerlərdə 98 ədəd yol nişanı və məlumatverici lövhə, 36 km göstəricisi və 720 ədəd siqnal dirəyi quraşdırıldıqdan, 69 km uzunluğunda yolcizgı və yolgöstərici xətlər, həmçinin piyada zolaqlarıçəkildikdən sonra yol vətəndaşların istifadəsinə veriləcək.

Son xəbərlər

Orphus sistemi