Qazaxıstanın Aktau limanı bu il genişləndiriləcək

Qazaxıstanın Aktau limanı bu il genişləndiriləcək Qazaxıstanın Aktau şəhərindəki dəniz nəqliyyatı və liman 2025-ci ildə genişləndiriləcək.
İnfrastruktur
9 Yanvar , 2025 11:24
Qazaxıstanın Aktau limanı bu il genişləndiriləcək

Qazaxıstanın Aktau şəhərindəki dəniz nəqliyyatı və liman 2025-ci ildə genişləndiriləcək.

Bu barədə "Report"un Qazaxıstan bürosu bu ölkənin Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, dəniz nəqliyyatının inkişafı üçün Aktau limanında illik ötürücülük qabiliyyətini 240 min TEU-ya (iyirmi futluq ekvivalent) çatdıracaq konteyner habının tikintisinə başlanılıb.

Qeyd olunub ki, bu, Qazaxıstanın beynəlxalq logistika arenasındakı mövqeyini gücləndirəcək. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) üzrə Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə konteyner daşımalarını artırmağa və s. imkan verəcək.

Nazirliyin məlumatına görə, limanda dərinləşdirmə işlərinin aparılması planlaşdırılır ki, bu da onun terminal tutumunu artıracaq və konteyner daşımaları üçün daha səmərəli edəcək.

Son xəbərlər

Orphus sistemi