Qazaxıstan Litvaya Orta Dəhliz çərçivəsində konteyner daşımalarına başlamağı təklif edib

Qazaxıstan Litvaya Orta Dəhliz çərçivəsində konteyner daşımalarına başlamağı təklif edib Qazaxıstan Litvaya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində ölkələr arasında konteyner daşımalarının həyata keçirilməsində əməkdaşlıq təklif edib.
İnfrastruktur
4 Mart , 2024 16:18
Qazaxıstan Litvaya Orta Dəhliz çərçivəsində konteyner daşımalarına başlamağı təklif edib

Qazaxıstan Litvaya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində ölkələrarası konteyner daşımalarının həyata keçirilməsində əməkdaşlıq təklif edib.

“Report” bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin rəsmisi Almaz Aysin Qazaxıstan-Litva hökumətlərarası ticari-iqtisadi əməkdaşlıq komissiyasının Vilnüsdə keçirilən iclasında bununla bağlı təklif irəli sürüb.

O, Qazaxıstanın Avropa və Mərkəzi Asiya arasında yüklərin tranzitində mühüm rol oynadığını vurğulayıb, bildirib ki, ölkəsi regionda nəqliyyat-tranzit potensialının inkişafı və nəqliyyat dəhlizlərinin modernləşdirilməsi üçün səy göstərir.

Xatırladaq ki, Orta Dəhliz layihəsi Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirir. Bu layihə 2013-cü ildən reallaşdırılır və həmin marşrut vasitəsilə Çin məhsullarının Avropaya çatdırılma müddəti 3 dəfə azalır.

Son xəbərlər

Orphus sistemi