Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması yekunlaşıb - VİDEO

Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması yekunlaşıb - VİDEO Bakı. 2 iyul. REPORT.AZ/ Qazax rayonunda respublika əhəmiyyətli Qazax-Uzuntala avtomobil yolunun 7-ci km-dən ayrılan Cəfərli kəndinin yolu əsaslı şəkildə yenidən qurulub.
İnfrastruktur
2 İyul , 2018 10:42
Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması yekunlaşıb - VİDEO
aayda.gov.az
0 : 00
0 : 00

Bakı. 2 iyul. REPORT.AZ/ Qazax rayonunda respublika əhəmiyyətli Qazax-Uzuntala avtomobil yolunun 7-ci km-dən ayrılan Cəfərli kəndinin yolu əsaslı şəkildə yenidən qurulub.

"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, yolun qara qırmadaş örtüyü sökülüb, əvəzinə yararlı qrunt yayılaraq kipləşdirilib və yeni yol yatağı inşa olunub. Texnoloji ardıcıllığa uyğun olaraq bunun ardınca zəruri materiallardan istifadə edilərək yolun əsasının alt və üst layı inşa olunub. Texnoloji ardıcıllığa uyğun olaraq Cəfərli yoluna 2 laydan ibarət yeni asfalt-beton örtük döşənib. Ümumilikdə asfaltlanma işləri 50 min kv.m sahədə aparılıb.

Yağış sularının təsirindən yuyulmuş və istismara yararsız vəziyyətə düşmüş yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidilib, avtoqreyderlə küvet hissələr açılıb. Bundan başqa yolun yatağının inşası zamanı başlıqları dağılmış 3 ədəd mövcud suötürücü boruların başlıqlarının monolit-betonla təmiri işləri aparılıb, zəruri olan yerdə daha 3 ədəd müxtəlif diametrli yeni dəmir-beton boru quraşdırılıb. 

Bundan başqa layihə çərçivəsində yolun 1-ci km-də yerləşən və uzunluğu 8 m, eni 7 m olan, həmçinin yolun 2-ci km-də yerləşən uzunluğu 36 m, eni isə 5 m olan 1 aşırımlı dəmir-beton körpülərin məhəccərləri istismara yaramadığı üçün yenisi ilə əvəz olunub, 44 ədəd yeni yol nişanı, 300 ədəd siqnal dirəkləri quraşdırılıb və 21 km uzunluğunda üfüqi nişanlanma xətləri çəkilib.

Son xəbərlər

Orphus sistemi