Bakı. 29 dekabr. REPORT.AZ/ “Bakı-Gəncə istiqaməti üzrə sərnişin qatarı yolu əvvəl 8 saata gedirdi, bu gün isə 5 saat 30 dəqiqəyə gedir. Yeni sürət qatarında isə bu, 4 saat 30 dəqiqə təşkil edir.
"Report" xəbər verir ki, bunu "
"Birdən-birə risk etmək istəmirik. Yol üstündə keçidlər olur. Piyadalar qatar yollarının üstündən keçirlər. Maşinist ya sürətini yavaşlatmalıdır, ya da piyadanın üstündən keçməlidir. Əsas məsələ təhlükəsizlikdir. Bunun üçün yol kənarında keçidlər bağlanmaldır. Təhlükəsiz yol keçidlərinə keçilməlidir, yəni maşın keçidin altından, qatar isə üstündən keçilməlidir”.
C.Qurbanov Bakı-Gəncə marşrutu üzrə qatarların hərəkət sürəti barədə də danışıb. O qeyd edib ki, sınaq müddətində sürət saatda 159 kilometrə yüksəlib.
"Bəziləri Cavid Qurbanov sözünün üstündə durmur, “dediyi söz yalan çıxır” deyirlər. Mən onlara mesaj göndərirəm ki, mən sözümün üstündə dayanıram. Bu açılış president
C.Qurbanov qeyd edib ki, Bakı-Gəncə marşrutu üzrə qatarlarda gedişhaqqının artırılması nəzərədə tutulmayıb. "Bu marşrut üzrə 3 dayanacaq nəzərdə tutulub. Bu da tələbata uygun tənzimlənəcək. Qatar Yevlaxda, Goranda, Gəncədə dayanacaq. Yevlaxda Qarabağ zonası, Şəki-Balakən istiqamətində gedənlər düşəcək. Gorana yaxın Nafatalan kurort mərkəzi olduğu üçün turist axını çoxdur. Ora qazaxlar, türklər, həmçinin ərəblər daha çox gəlir".