Bakının Qaradağ rayonunda su kəsiləcək

Bakının Qaradağ rayonunda su kəsiləcək ​Sabah Qaradağ rayonunda su kəsiləcək
İnfrastruktur
1552
25 Dekabr , 2018 17:49
Bakının Qaradağ rayonunda su kəsiləcək

Bakı. 25 dekabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunun bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq. 

Bu barədə “Report”a “Azərsu” ASC-dən bildirilib.

Məlumatda deyilir ki, Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən 24 saat ərzində Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrində su olmayacaq. 

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib. 

Son xəbərlər

Orphus sistemi