Qarabağa ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutları yaradılıb

Qarabağa ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutları yaradılıb Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qarabağa ediləcək müntəzəm avtobus səfərlərinə münasibət bildirib.
İnfrastruktur
18 Yanvar , 2022 19:57
Qarabağa ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutları yaradılıb
0 : 00
0 : 00

Qarabağa ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutları yaradılıb.

"Report" xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün sosial şəbəkə hesablnda qeyd edib.

"Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında vətəndaşların mərhələli şəkildə işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərlərinin təşkili məqsədilə həmin ərazilərə avtobus marşrutları açılır. İlkin olaraq növbəliliyin təmin edilməsi, daşımaların və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutları yaradılıb. Dayanıqlı məskunlaşma sərnişindaşıma fəaliyyətinin daha da genişləndirilməsini zəruri edəcək", - R.Nəbiyev qeyd edib.

Son xəbərlər

Orphus sistemi