Qarabağa Avropa şirkətlərinin cəlb edilməsi müzakirə olunub

Qarabağa Avropa şirkətlərinin cəlb edilməsi müzakirə olunub Azərbaycan və Avropa İttifaqı Şurası işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərinə Avropa şirkətlərinin cəlb edilməsini müzakirə edib.
İnfrastruktur
30 May , 2023 16:58
Qarabağa Avropa şirkətlərinin cəlb edilməsi müzakirə olunub

Azərbaycan və Avropa İttifaqı Şurası işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərinə Avropa şirkətlərinin cəlb olunmasını müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev "Twitter"də bildirib.

"Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun nümayəndə heyətilə görüşdə ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının inkişafını müzakirə etdik. Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda icrası, bərpaolunan enerji mənbələrinə, müasir texnologiyaya və “yaşıl” keçid sahələrinə yatırılan investisiyalar, işğaldan azad olunmuş ərazilərdəki yenidənqurma işlərinə Avropa şirkətlərinin cəlb edilməsi, qeyri-neft sektorunun diversifikasiyasına dair sualları cavablandırdıq", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi