“Professor Gül” gəmi-bərəsi əsaslı təmirdən sonra istismara qaytarılıb

“Professor Gül” gəmi-bərəsi əsaslı təmirdən sonra istismara qaytarılıb “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Professor Gül” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmir olunub.
İnfrastruktur
1 İyul , 2022 10:43
“Professor Gül” gəmi-bərəsi əsaslı təmirdən sonra istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Professor Gül” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmir olunub.

"Report" xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Məlumata görə, gəmi-bərənin baş mühərrikləri, üç ədəd köməkçi mühərriki əsaslı təmir olunub. Gəmi üzrə gövdə-qaynaq, boru, elektrik-quraşdırma və avtomatika işləri yerinə yetirilib. Həmçinin, gəmi mexanizimlərinin (nasosların, separator, kompressor) təmiri aparılıb.

Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni tip İnmarsat-C peyk rabitə terminalları, orta və qısa dalğalı radiostansiya, stasionar ultraqısa dalğalıradiostansiyalar, qəza radiomayakı, qəza-xilasetmə radiostansiyalar və vericilər, Avtomatik İdentifikasiya Sistemi (AİS), radiolokasiya stansiyaları, NAVTEKS cihazı, girokompas quraşdırılıb.

Eyni zamanda “Professor Gül” gəmisinin sualtı və suüstü hissəsi, baş göyərtəsi, maşın şöbəsi və üst qurumu təmizlənərək rənglənib, heyətin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.

Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb.

Uzunluğu 154,50 metr, eni 18,3 metr olan gəmi-bərə ən müasir naviqasiya sisteminə malikdir.

Son xəbərlər

Orphus sistemi