Prezident İlham Əliyev Oğuzda yol tikintisinə 9,4 milyon manat ayırıb

Prezident İlham Əliyev Oğuzda yol tikintisinə 9,4 milyon manat ayırıb Bakı. 12 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev sentyabrın 12-də “Oğuz rayonunun Bucaq–Muxas–Baş Daşağıl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
İnfrastruktur
1117
12 Sentyabr , 2018 18:01
Prezident İlham Əliyev Oğuzda yol tikintisinə 9,4 milyon manat ayırıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev sentyabrın 12-də “Oğuz rayonunun Bucaq–Muxas–Baş Daşağıl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

"Report" xəbər verir ki, dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Bucaq–Muxas–Baş Daşağıl avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi