Bakı Beynəlxalq Dəniz Ticarət Limanı nazirliyin tabeliyindən çıxarıldı, Müşahidə Şurası yaradıldı - SƏRƏNCAM

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı nazirliyin tabeliyindən çıxarıldı, Müşahidə Şurası yaradıldı - SƏRƏNCAM Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
11 Fevral , 2021 18:10
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı nazirliyin tabeliyindən çıxarıldı, Müşahidə Şurası yaradıldı - SƏRƏNCAM

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti QSC-nin yenidən təşkili və ləğvi, cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətlərini yerinə yetirəcək.

Azərbaycan İnvestisiya Holdinqi QSC-nin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi, dividend siyasətinin təsdiqi, qiymətli kağızların buraxılması barədə qərar qəbul edilməsi və digər səlahiyyətləri icra edəcək.

QSC-nin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasına QSC-nin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək, xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək və digər səlahiyyətlər verilib.

Azərbaycan İnvestisiya Holdinqi “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini 6 ay müddətində təsdiq etməlidir.

Son xəbərlər

Orphus sistemi