Prezident Avtomobil Yolları Dövlət Agentliyinə 15 milyon manat ayırıb

Prezident Avtomobil Yolları Dövlət Agentliyinə 15 milyon manat ayırıb Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevMuğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
İnfrastruktur
31 İyul , 2020 11:37
Prezident Avtomobil Yolları Dövlət Agentliyinə 15 milyon manat ayırıb
0 : 00
0 : 00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncamla Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 15,0 (on beş) milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi