Pirallahıda mərkəzi yolun yenidən qurulması yekunlaşır - VİDEO

Pirallahıda mərkəzi yolun yenidən qurulması yekunlaşır - VİDEO Rayonun mərkəzi yolunda hazırda asfatlanma və səki daşlarının düzülməsi işləri aparılır
İnfrastruktur
18 Aprel , 2017 11:57
Pirallahıda mərkəzi yolun yenidən qurulması yekunlaşır - VİDEO
Azeravtoyol.gov.az

Bakı. 18 aprel. REPORT.AZ/ Bakı şəhəri Pirallahı rayonunun mərkəzi yolu hesab olunan Səməd Vurğun küçəsi əsaslı şəkildə yenidən qurulur. Bu barədə "Report"a “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.

"Azəravtoyol” avtonəqliyyat vasitələrinin və vətəndaşların rahat, maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə apardığı tikinti işləri yekunlaşmaq ərəfəsindədir. Tikinti işləri zamanı köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə karbonat materialı tökülərək kipləşdirilib. Daha sonra yol əsasının tikintisi işləri aparılıb.

Yenidənqurma işləri çərçivəsində yol yatağının genişləndirilməsi işləri də görülüb. Belə ki, uzunluğu 8 km, yenidənqurmadan öncəki eni 6-7 metr arasında olan yolun 4 km-i 8 metrdən 12 metrə, 4 km-dən sonrakı hissəsi isə 12 metrdən 15 metrə qədər genişləndirilib.

Yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Layihə çərçivəsində yeraltı kommunikasiya xətlərinin yenilənib və kənara çəkilib. Yeni piyada səkilərinin tikintisi və yeni işıqlandırma sisteminin qurulması istiqamətində addımlar atılıb, zəruri olan yerlərdə səth sularının kənarlaşdırılması üçün 12 ədəd suötürücü qurğu quraşdırılıb.

Rayonun mərkəzi yolunda hazırda asfatlanma və səki daşlarının düzülməsi işləri aparılır. Asfalt-beton örtüyünün 2 layı artıq salınıb, əraziyə 8 000 poqon metr səki daşları düzülüb. Ümumilikdə isə yolun 85 min kv.m sahəsinə üçqat olmaqla 15 sm qalınlığında asfalt-beton örtüyü döşənəcək, yol boyu 16 min poqon metr yeni səki daşı düzüləcək.

Asfaltlanma işləri tamamilə bitdikdən sonra yolun xətlənməsi işləri aparılacaq, zəruri olan yerlərə 50 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq.

Son xəbərlər

Orphus sistemi