Pirallahı Sənaye Parkının rezidentinin direktoru dəyişdirilib

Pirallahı Sənaye Parkının rezidentinin direktoru dəyişdirilib Pirallahı Sənaye Parkının rezidenti - “Absheron Saffron Ltd” MMC-nin direktoru vəzifəsinə təyinat olub.
İnfrastruktur
242
28 Avqust , 2021 13:57
Pirallahı Sənaye Parkının rezidentinin direktoru dəyişdirilib

Pirallahı Sənaye Parkının rezidenti - “Absheron Saffron Ltd” MMC-nin direktoru vəzifəsinə təyinat olub.

“Report”un əldə etdiyi məlumata görə, bu vəzifə Fikrəd Cəfərova həvalə edilib.

Qeyd edək ki, bu ilin aprelin 12-də şirkətin direktoru vəzifəsinə Rahib Kəlbiyev gətirilmişdi.

Xatırladaq ki, “Absheron Saffron Ltd” 2016-cı ildə yaradılıb, 2019-cu ildə ona rezidentlik statusu verilib. Müəssisə Pirallahıda İtaliya və Türkiyə texnologiyaları ilə zəfərandan mürəbbə, limonad, qurudulmuş zəfəran istehsal edir. Şirkətin nizamnamə kapitalı 180 min 400 manat təşkil edir.

Son xəbərlər

Orphus sistemi