"Pegasus" və "Wizz Air" aviaşirkətlərinin Azərbaycana qayıtması tarixi məlum deyil

"Pegasus" və "Wizz Air" aviaşirkətlərinin Azərbaycana qayıtması tarixi məlum deyil Azərbaycan bu aviaşirkətlərin ölkəyə gəlməsinə artıq rəsmən icazə verib, detalları isə şirkətlər özləri müəyyənləşdirəcək
İnfrastruktur
8 Sentyabr , 2015 15:05
Pegasus və Wizz Air aviaşirkətlərinin Azərbaycana qayıtması tarixi məlum deyil

Bakı. 8 sentyabr. REPORT.AZ/ Aşağı qiymətlərlə uçuşlar təşkil edən Türkiyənin “Pegasus” və Macarıstanın "Wizz Air" aviaşirkətlərinin yenidən Azərbaycan bazarına gəlməsi üçün tərəflər arasında ilkin razılıq əldə olunsa da, uçuşların başlayacağı tarix hələ dəqiq məlum deyil. Bu barədə “Report”a açıqlama verən “Pegasus” və “Wizz Air” aviaşirkətlərinin nümayəndələri bildiriblər. 

“Pegasus” nümayəndəsi qeyd edib ki, İstanbul-Qəbələ-İstanbul marşrutu üzrə təşkil olunacaq uçuşlar ilkin olaraq planlaşdırılan reyslərdəndir, lakin yekun razılaşma olmadığına görə, yeni əməkdaşlığın detalları, o cümlədən aviareyslərin tezliyi hələ məlum deyil.

“Wizz Air” aviaşirkətinin rəsmiləri də tərəflər arasında yekun razılaşmanın olmadığına görə, məsələyə şərh vermək üçün hələ erkən olduğunu bildirib.

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən “Report”a verilən məlumata görə, Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən bu iki aviaşirkətə ölkəyə gəliş icazəsinin verildiyini deyib. “Pegasus” İstanbul-Qəbələ, “Wizz Air” isə Budapeşt-Bakı marşrutu üzrə reyslərə başlamağı planlaşdırır, lakin hələ yekun razılaşma olmadığı üçün detallar barədə məlumat vermək mümkün deyil. “Bundan sonrası həmin aviaşirkətlərin müəyyənləşdirməli olduqları qərardan asılıdır, razılaşmanın əsas hissəsi ölkəyə gəlməyə icazə idi ki, onu da Mülki Aviasiya Administrasiyası verib. Vaxt və qiymətlə bağlı qərarlar isə aviaşirkətlərdən aslıdır”, - AZAL-dan bildirilib.

Son xəbərlər

Orphus sistemi