“Pegasus Hava Yolları” təyyarə parkını yeniləyir

“Pegasus Hava Yolları” təyyarə parkını yeniləyir Bakı. 26 mart. REPORT.AZ/ Türkiyənin aşağı büdcəli aviaşirkəti – “Pegasus Hava Yolları” 167 ədəd yeni təyyarə almağı planlaşdırır.
İnfrastruktur
26 Mart , 2018 13:00
“Pegasus Hava Yolları” təyyarə parkını yeniləyir

Bakı. 26 mart. REPORT.AZ/ Türkiyənin aşağı büdcəli aviaşirkəti – “Pegasus Hava Yolları” 167 ədəd yeni təyyarə almağı planlaşdırır.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, şirkət bu məqsədlə 22,12 mlrd. lirə (5,6 mlrd. ABŞ dolları) dəyərində investisiya təşviqi sənədi alıb.

Sənəd “Pegasus Hava Yolları”nın 7 il müddətinin sığorta haqqını hissə-hissə ödəməsini, eləcə də gömrük və vergi ödənişlərində aviaşirkətə güzəşt edilməsini nəzərdə tutur. 

Son xəbərlər

Orphus sistemi