Paytaxtda məişət cihazları və soyuducu istehsalı azalıb

Paytaxtda məişət cihazları və soyuducu istehsalı azalıb Bakı. 1 yanvar. REPORT.AZ/ Ötən ilin yanvar-noyabr ayları ərzində paytaxtda kompüter, elektron və optik məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 159,8 mln. manatlıq məhsul istehsal olunub.
İnfrastruktur
683
1 Yanvar , 2019 16:25
Paytaxtda məişət cihazları və soyuducu istehsalı azalıb

Bakı. 1 yanvar. REPORT.AZ/ Ötən ilin yanvar-noyabr ayları ərzində paytaxtda kompüter, elektron və optik məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 159,8 mln. manatlıq məhsul istehsal olunub.

“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 31,1% azalıb, elektrik avadanlıqlarının istehsalı isə 70,8% artıb.

Ötən ilin yanvar-noyabr aylarında Bakıda qızdırıcı məişət cihazlarının istehsalı 94,5% azalıb və cəmi 10 ədəd təşkil edib.

Bu müddət ərzində paytaxtda 1 202 ədəd məişət soyuducuları istehsal edilib ki, bu da 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 37,6% azdır. 

Son xəbərlər

Orphus sistemi