Paytaxtda daha bir marşrut xəttinin hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
İnfrastruktur
- 14 yanvar, 2017
- 06:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 yanvar. REPORT.AZ/ Cari il yanvarın 16-dan Nəriman Nərimanov prospektində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bakı Nəqliyyat Agentliyindən "Report"a verilən məlumata görə, bu səbəbdən həmin prospektdən keçən 37 saylı marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib.
Belə ki, təmirdən əvvəl Nərman Nərimanov prospekti ilə hərəkət edən 37 nömrəli marşrut xətt avtobusları təmir işləri yekunlaşana qədər müvəqqəti olaraq İnşaatçılar prospekti - Landau küçəsi - Hüseyn Cavid prospekti - Landau küçəsi - Qurban Xəlilov küçəsi ilə keçməklə hərəkət edəcəklər.
Son xəbərlər
02:42
Tramp İrana qarşı yeni hərbi əməliyyatı istisna etməyib
Digər ölkələr
02:22
Bolqarıstanda prezident seçkiləri ərəfəsində sükut günü başlayıb
Digər ölkələr
01:47
Türkiyədə baş verən ağır qəzada dörd nəfər ölüb, bir nəfər yaralanıb
Region
01:30
Bağçalı: Türkiyə və Azərbaycanın bir-birinə güvəninin qorunması türk dünyasının gələcəyi üçün önəmlidir
Xarici siyasət
01:15
Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb
Digər ölkələr
00:39
Donald Tramp İrandan sonra Kuba ilə "məşğul olmaq" niyyətindədir
Digər ölkələr
00:18
SEPAH: Hörmüz boğazında dəniz minasına çırpılan iki tankerdə partlayış baş verib
Region
23:56
WSJ: Tramp seçkilərdən əvvəl Kanadadan gələn mallara tətbiq olunan rüsumların bir hissəsini ləğv edə bilər
Digər ölkələr
23:40
"Generali" sığorta şirkəti Almaniyada 800 iş yerini ixtisar edəcək
Digər ölkələr