Özbəkistan Azərbaycanın iştirakı ilə yeni multimodal dəhlizin formalaşdırılmasını təklif edib

Özbəkistan Azərbaycanın iştirakı ilə yeni multimodal dəhlizin formalaşdırılmasını təklif edib “Türkiyə – Qafqaz – Mərkəzi Asiya – Əfqanıstan vasitəsilə Cənubi Asiya” yeni multimodal dəhlizinin formalaşdırılması təşəbbüsü irəli sürülüb.
İnfrastruktur
2 Avqust , 2022 13:51
Özbəkistan Azərbaycanın iştirakı ilə yeni multimodal dəhlizin formalaşdırılmasını təklif edib

“Türkiyə – Qafqaz – Mərkəzi Asiya – Əfqanıstan vasitəsilə Cənubi Asiya” yeni multimodal dəhlizinin formalaşdırılması təşəbbüsü irəli sürülüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu təşəbbüslə Özbəkistan, Azərbaycan və Türkiyə nazirlərinin üçtərəfli görüşündə Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov çıxış edib.

O bildirib ki, Cənubi Asiya ölkələri ilə yükdaşımaları inkişaf etdirmək üçün birgə səylər göstərmək lazımdır: “Özbəkistan daşıyıcıları Əfqanıstandan keçməklə yüklərin Pakistana daşınmasına başlayaraq avtomobil nəqliyyatı ilə artıq marşrutu sınaqdan keçirir“.

Qeyd edək ki, Pakistan-Əfqanıstan-Özbəkistan marşrutu ilə yükdaşımaların həcmi xeyli artıb. Təkcə 2022-ci ilin birinci yarısında daşınan yüklərin həcmi 2,6 dəfə artaraq 330 min ton təşkil edib. Eyni dövrdə Özbəkistanla MDB, Yaxın Şərq, Qafqaz və Aİ ölkələri arasında yükdaşımaların həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə artaraq 52 min tona çatıb.

Son xəbərlər

Orphus sistemi