Ötən il Qarabağda 2700 km avtomobil yolunda və 90 körpüdə işlərə başlanılıb

Ötən il Qarabağda 2700 km avtomobil yolunda və 90 körpüdə işlərə başlanılıb Tərtər rayonunun uzunluğu 29 km olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun bərpasına başlanılıb və yolun asfalt-beton örtüyünün alt qatı səviyyəsində tikintisi başa çatıb
İnfrastruktur
410
10 Mart , 2021 10:45
Ötən il Qarabağda 2700 km avtomobil yolunda və 90 körpüdə işlərə başlanılıb

2020-ci ildə İşğaldan azad edilmiş ərazilərdə yerləşən və uzun illər baxımsız vəziyyətdə qalmış, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mülkiyyətində olan 2 700 km uzunluğunda avtomobil yollarının və 90 ədəd körpünün yenidən tikilməsi və bərpası ilə bağlı işlərə başlanılıb.

“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.

Sənəddə həmçinin deyilir ki, Tərtər rayonunun uzunluğu 29 km olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun bərpasına başlanılıb və yolun asfalt-beton örtüyünün alt qatı səviyyəsində tikintisi başa çatıb.

Bununla yanaşı, Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun Goranboy rayonun Tap Qaraqoyunlu və Naftalan rayonunun Qaraqaşlı sanatoriyasından keçməklə Naftalan şəhərinədək yeni alternativ avtomobil yolunun tikintisi davam etdirilib.

Son xəbərlər

Orphus sistemi