2020-ci ildə İşğaldan azad edilmiş ərazilərdə yerləşən və uzun illər baxımsız vəziyyətdə qalmış, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mülkiyyətində olan 2 700 km uzunluğunda avtomobil yollarının və 90 ədəd körpünün yenidən tikilməsi və bərpası ilə bağlı işlərə başlanılıb.
“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, Tərtər rayonunun uzunluğu 29 km olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun bərpasına başlanılıb və yolun asfalt-beton örtüyünün alt qatı səviyyəsində tikintisi başa çatıb.
Bununla yanaşı, Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun Goranboy rayonun Tap Qaraqoyunlu və Naftalan rayonunun Qaraqaşlı sanatoriyasından keçməklə Naftalan şəhərinədək yeni alternativ avtomobil yolunun tikintisi davam etdirilib.