​Ötən il Əmlak Məsələləri Dövlət Komitəsi 14 yeni elektron xidmət yaradıb

​Ötən il Əmlak Məsələləri Dövlət Komitəsi 14 yeni elektron xidmət yaradıb Hazırda 4 informativ və 27 interaktiv olmaqla 31 elektron xidmət vətəndaşların istifadəsindədir
İnfrastruktur
30 Yanvar , 2015 19:17
​Ötən il Əmlak Məsələləri Dövlət Komitəsi 14 yeni elektron xidmət yaradıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Ötən il Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Elektron hökumət” portalında 14 yeni elektron xidmət yaradılıb. "Report"un Komitənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə bu barədə Komitədə keçirilən müşavirədə məlumat verilib.

Qurum rəsmilərinin sözlərinə görə, hazırda 4 informativ və 27 interaktiv olmaqla 31 elektron xidmət vətəndaşların istifadəsindədir ki, onlardan 14-ü 2014-cü ildə yaradılıb.

Məlumata görə, bütün elektron xidmətlər “Elektron hökumət” portalına inteqrasiya edilib. Ümumilikdə indiyədək Komitənin qurumlarına 158 mindən çox elektron müraciət daxil olub.

Müşavirədə yeni ünvan reyesterlərinin tətbiqi məsələlərinə də toxunulduğu deyilir. Məlumata görə, ötən il martın 1-dən etibarən Ünvan Reyestri İnformasiya Sisteminin Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə 60 küçədə ilkin mərhələdə tətbiqinə başlanılıb. Bu məqsədlə dövlət orqanlarının malik olduqları informasiya sistemləri Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya edilir.

Son xəbərlər

Orphus sistemi