Ötən il Bakıda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb

İnfrastruktur
  • 08 fevral, 2023
  • 09:53
Ötən il Bakıda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb

2022-ci ildə Bakıda yerinə yetirilmiş ümumi inşaat işlərinin 90,7 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2022-ci il ərzində paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 75,7 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 9,3 %-ini əsaslı təmir, 5,6 %-ini cari təmir, 9,4 %-ini isə sair tikinti işləri təşkil edib.

Xatırladaq ki, Azərbaycanda 2022-ci ildə əsas kapitala 18 milyard 272,3 milyon manat və yaxud 2021-ci il illə müqayisədə 5,5 % çox vəsait yönəldilib.

44 filmi