Bakı. 19 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycanda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı açıqlanıb. "Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) hesabatında bildirilib.
Məlumatda bildirilib ki, metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 3,0 faiz artaraq 222,0 milyon nəfərə çatıb.