Ötən il Azərbaycanda avtomobil istehsalı 2,4 dəfə artıb

Ötən il Azərbaycanda avtomobil istehsalı 2,4 dəfə artıb 2019-cu il ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 315,5 mln manatlıq məhsul istehsal edilib.
İnfrastruktur
22 Yanvar , 2020 10:04
Ötən il Azərbaycanda avtomobil istehsalı 2,4 dəfə artıb

2019-cu il ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 315,5 mln manatlıq məhsul istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 17,4%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 17,7% azalıb.

Belə ki, dövr ərzində 905 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 30,5% azdır.

2019-cu il ərzində ölkədə 2 360 ədəd minik avtomobili istehsal olunub ki, bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 2,4 dəfə çoxdur.

Dövr ərzində ştanqlı quyu nasoslarının istehsalı 65,9%, fəvvarə armaturunun istehsalı 48,5%, mancanaq dəzgahlarının istehsalı 22,1% artıb.

Son xəbərlər

Orphus sistemi