Orta Dəhlizlə yükdaşımalar 15% artıb

Orta Dəhlizlə yükdaşımalar 15% artıb Bu ilin I yarısında Orta Dəhlizlə yükdaşımalar ötən ilin eyni dövrü ilə müqayisədə 15% çox olub.
İnfrastruktur
23 Avqust , 2022 17:50
Orta Dəhlizlə yükdaşımalar 15% artıb

Bu ilin I yarısında Orta Dəhlizlə yükdaşımalar ötən ilin eyni dövrü ilə müqayisədə 15% çox olub.

"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Tbilisidə keçirilmiş, Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirlərinin üçtərəfli görüşündə məlumat verilib.

Görüş çərçivəsində Orta Dəhlizin potensialından geniş istifadə olunması, tranzit yük axınlarının sabit artımını təmin etmək üçün müştərək əməliyyatların sinxronlaşdırılmasının vacibliyi vurğulanıb. Tərəflər Orta Dəhlizə marağın artdığını qeyd ediblər. Eyni zamanda bildirilib ki, Şimal-Qərb dəhlizinə tələbat ötən ilin eyni dövrünə nisbətən təxminən 3 dəfə artıb.

Görüşdə vurğulanıb ki, Azərbaycan, Türkiyə və Gürcüstan Orta Dəhlizdə həyati əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ötürmə qabiliyyətinin artırılması istiqamətində səyləri gücləndirib. Birgə səylərin və səmərəli əməkdaşlığın nəqliyyat sahəsində qarşıya çıxan çətinlikləri aradan qaldıracağına əminlik ifadə olunub.

Son xəbərlər

Orphus sistemi