Orta Dəhliz üzrə yükdaşımaların həcmi ilə bağlı vəziyyət müzakirə edilib

Orta Dəhliz üzrə yükdaşımaların həcmi ilə bağlı vəziyyət müzakirə edilib Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzrə İşçi Qrupu Qazaxıstanda keçirilən görüşlərdə bu marşrutun fəaliyyətini müzakirə edib.
İnfrastruktur
31 May , 2024 16:55
Orta Dəhliz üzrə yükdaşımaların həcmi ilə bağlı vəziyyət müzakirə edilib

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzrə İşçi Qrupu Qazaxıstanda keçirilən görüşlərdə bu marşrutun fəaliyyətini müzakirə edib.

Bu barədə "Report"a Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumundan (ITTC) bildirilb.

Məlumata görə, Qazaxıstanın Çimkənd şəhərində mayın 30-31-də TBNM-in inkişafı üzrə İşçi Qrupun iclası keçirilib. Görüşlər zamanı bu ilin 4 ayı ərzində TBNM marşrutu üzrə yükdaşımaların həcmi ilə bağlı vəziyyət müzakirə olunub.

Bildirilib ki, Qazaxıstanın Çinin Sian şəhərindəki terminalı istifadəyə verildikdən sonra konteyner daşımalarında 70 %, o cümlədən Çindən Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa istiqamətlərinə gedən konteyner qatarlarının sayında 9 dəfə artım qeydə alınıb.

Konsorsiumun məlumatına görə, may ayında dəhlizdən keçən konteyner qatarlarının sayı 30 qatarı keçəcək: “TBNM və ITTC üzvlərinin koordinasiyalı işi sayəsində konteyner daşımalarının coğrafiyası genişlənib, Çində - Çuntsin, İu, Sanpin, Nankin, Tsinxedə yüklərin yeni göndərilmə məntəqələri yaradılıb. Abşeronla yanaşı, yüklərin çatdırılması üçün son istiqamətlər Tbilisi, Batumi və Poti limanları, İstanbul və Konstansadır”.

Həmçinin qeyd olunub ki, hazırda yüklərin çatdırılması üçün sabit vaxt müəyyən edilib ki, buna əsasən, Altınkol stansiyasından Abşeron (Bakı) marşrutu 9 gün, Altınkoldan Poti və ya Batumi istiqamətində 12 gün, Altınkoldan Poti və ya Batumi marşrutu ilə Konstansa 20-22 gün çəkir.

Xatırladaq ki, TBNM Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

Son xəbərlər

Orphus sistemi