Onlayn İctimai Nəzarət Platforması üzrə III rübün nəticələri açıqlanıb

Onlayn İctimai Nəzarət Platforması üzrə III rübün nəticələri açıqlanıb Bu gün Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük (sentyabr-noyabr ayları üzrə) yekunlarına dair "dəyirmi masa" keçirilib.
İnfrastruktur
6 Dekabr , 2022 11:31
Onlayn İctimai Nəzarət Platforması üzrə III rübün nəticələri açıqlanıb

Bu gün Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük (sentyabr-noyabr ayları üzrə) yekunlarına dair "dəyirmi masa" keçirilib.

"Report" xəbər verir ki, "dəyirmi masa"da rüb ərzində Platformaya daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər məsələlər müzakirə edilib.

Tədbirdə qeyd olunub ki, Onlayn İctimai Nəzarət Platforması foto/video sübutu olan boru sızması, məişət tullantılarının daşınmaması, yol səthinin zədələnməsi, ağacların aşması, açıq lyuklar və digər problemləri aidiyyəti dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. Rübün nəticələrinə görə müraciətlərdə qeyd olunan problemlərin təxminən 70%-dən çoxu öz həllini tapıb. 14 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılması, bu müraciətlərdə qeyd olunan problemlərin həllində fəal olub və onlara müvafiq təltiflər təqdim olunub. Bu qurumlara Daxili İşlər Nazirliyi, onun Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "Azərsu" ASC, Bakı Şəhər İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Nizami rayon İcra Hakimiyyəti, Sabunçu rayon İcra Hakimiyyəti, Abşeron rayon İcra Hakimiyyəti, Xətai rayon İcra Hakimiyyəti, Xəzər rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, eləcə də Biləsuvar Rayon İcra Hakimiyyəti aiddir.

Bundan başqa, 7 dövlət qurumuna ("Azərişıq" ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Reklam Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səbail Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Masallı Rayon İcra Hakimiyyəti) Onlayn İctimai Nəzarət Platforması ilə əməkdaşlıq edib vətəndaşların müraciətlərində qeyd olunan problemlərin həllində göstərdikləri köməyə görə təşəkkürnamələr təqdim edilib.

Platformanın təşviqində göstərdiyi fəallığa görə əməkdar artist Bəhram Bağırzadə və www.qht.az saytının, həmçinin QHT TV-in rəhbəri Cəsarət Hüseynzadə təltif olunub. Bununla yanaşı, Platformanən həyata keçirdiyi "Fəal vətəndaş - 4" müsabiqəsinin qalibləri - Eldəniz Mehrəliyev, Cavad Salmanlı və Səid Hüseynzadə təltif edilib.

Onlayn İctimai Nəzarət Platforması ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə, Açıq Hökumət Platforması ilə əməkdaşlıq şəraitində həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi