Oleksiy Kuleba: "Kiyev vilayətində 161 çoxmənzilli bina, 5 min ev tamamilə dağıdılıb"

Oleksiy Kuleba: "Kiyev vilayətində 161 çoxmənzilli bina, 5 min ev tamamilə dağıdılıb" Rusiya silahlı qüvvələrinin hücumu nəticəsində Kiyev vilayətində 26 mindən çox müxtəlif obyektə müxtəlif dərəcələrdə zərər dəyib, 161 çoxmənzilli bina tamamilə məhv edilib, 5 min ev də tamamilə dağıdılıb. Bunları bərpa etmək mümkün olmayacaq, onları yenid
İnfrastruktur
2 İyul , 2022 14:13
Oleksiy Kuleba: Kiyev vilayətində 161 çoxmənzilli bina, 5 min ev tamamilə dağıdılıb

Rusiya silahlı qüvvələrinin hücumu nəticəsində Kiyev vilayətində 26 mindən çox müxtəlif obyektə müxtəlif dərəcələrdə zərər dəyib, 161 çoxmənzilli bina tamamilə məhv edilib, 5 min ev də tamamilə dağıdılıb. Bunları bərpa etmək mümkün olmayacaq, onları yenidən inşa etmək lazımdır.

Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri (qubernator) Oleksiy Kuleba bildirib.

Onun sözlərinə görə, Kiyev vilayətindəki təhsil, səhiyyə müəssisələri ilə bağlı da belə hallar var:

"Ümumiyyətlə, Kiyev vilayətinin ərazisinin yarıdan çoxunda hərbi əməliyyatlar həyata keçirilmişdi. Vilayətdəki 69 ərazi icmasından 42-də dağıntılar var".

O.Kuleba bildirib ki, bərpaetmə işləri ilə bağlı fəaliyyət planı mövcuddur:

"İlk növbədə ərazilərin minalardan təmizlənməsi ilə məşğul oluruq. Kiyev vilayətinin bütün yaşayış məntəqələrini minalardan təmizlənməsini planlaşdırırıq. 270 yaşayış məntəqəsində minalar var idi. Elektrik, su, qaz xəttlərinin, həmçinin rabitə əlaqələrinin bərpası ilə də məşğul oluruq. Bu işləri həyata keçirən qrup var. Əlbəttə, bununla bağlı da böyük işlər həyata keçirilib. Məsələn, Kiyev vilayətinin böyük şəhərlərində - İrpen, Buça, Qostomel, Borodyankada bərpa edilə biləcək hər şeyin, təxminən, 90%-ni bərpa etmişik. Təəssüf ki, bu şəhərlərdə dağıntılar çoxdur. Məsələn, İrpenin 50%-i, Borodyankanın 70%-i dağıdılıb. Biz yalnız Yaşayış Fondunun sayəsində bərpaetmə işləri həyata keçirə bilirik. Növbəti mərhələ isə binaların təmir edilməsidir. Bu proses bu gün də davam edir. Bununla bağlı hökumətin proqramı var".

Vilayət qubernatoru həmçinin vurğulayıb ki, Rusiya təcavüzü nəticəsində Kiyev vilayətində 1333 mülki vətəndaş ölüb. 700-dən çox mülki şəxs güllələnib.

Oleksiy Kuleba ilə müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi