"KazGrain": Orta dəhliz yük axınının fəal artımını nümayiş etdirir

"KazGrain": Orta dəhliz yük axınının fəal artımını nümayiş etdirir Orta dəhliz yük axınının fəal artımını nümayiş etdirir.
İnfrastruktur
18 Sentyabr , 2024 12:43
KazGrain: Orta dəhliz yük axınının fəal artımını nümayiş etdirir

Orta dəhliz yük axınının fəal artımını nümayiş etdirir.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın "NurZholCompany" şirkətinin Müşahidə Şurasının həmsədri və Milli İxracatçılar Assosiasiyası "KazGrain"in rəhbəri Kanat Kobessov Bakıda keçirilən "Qara dəniz-Xəzər Logistika Forumu 2024" tədbirində bildirib.

Onun sözlərinə görə, mövcud iqtisadi çətinliklərə baxmayaraq, qlobal ticarətin qarşıdakı illərdə hər il artacağı proqnozlaşdırılır.

"Son illər Avrasiya regionu dünya nəqliyyat sisteminin getdikcə daha əhəmiyyətli hissəsinə çevrilir. Bu prosesdə üç əsas dəhliz mühüm rol oynayır. Şərqi Rusiyadan keçən Şimal dəhlizi geosiyasi və iqtisadi dəyişikliklər səbəbindən mövqeyini itirir. Qazaxıstan ərazisindən keçən Orta dəhliz isə əksinə fəal artım nümayiş etdirir. Həmçinin Qafqazı Mərkəzi Asiya ilə Qazaxıstan ərazisindən birləşdirən, yeni formalaşan Cənub dəhlizi qeyd edilməlidir. Bu infrastrukturun inkişafında dəmir yolu əlaqəsi mühüm rol oynayır, bu istiqamətdə fəal inkişaf gedir və gözlənilir ki, dəmir yolu yeni marşrutlarla genişləndiriləcək", - deyə o qeyd edib.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

2023-cü ildə Orta Dəhliz vasitəsi ilə 2 milyonл 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 % çoxdur.

Son xəbərlər

Orphus sistemi