​Novosibirsk-Lənkəran aviareysi yayda açılacaq

​Novosibirsk-Lənkəran aviareysi yayda açılacaq Hazırda reyslərin icrasına hazırlıq işləri gedir
İnfrastruktur
9 Aprel , 2015 07:29
​Novosibirsk-Lənkəran aviareysi yayda açılacaq

Bakı. 9 aprel. REPORT.AZ/ Rusiyanın "Anqara" aviaşirkəti yay qrafiki çərçivəsində Novosibirsk və Azərbaycanın Lənkəran şəhərləri arasında müntəzəm aviareyslər təşkil etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks"a şirkət direktorunun satış və marketinq üzrə müavini Konstantin Nesterenko məlumat verib.

"İrkutskdan Yaponiyaya çarter proqramı formalaşdırılır, həmçinin 2015-ci il yay naviqasiyası dövründə Novosibirsk-Lənkəran reyslərinin icrasına hazırlıq gedir", - deyə o bildirib.

Məlumata görə, reyslər 75 nəfərlik tutumu olan "An-148-100" təyyarələri vasitəsi ilə həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi