​Növbəti Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alınıb

​Növbəti Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alınıb Ölkədə dövlət qeydiyyatına alınan MMMC-lərin sayı 9-a çatıb
İnfrastruktur
14 İyul , 2015 15:02
​Növbəti Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alınıb

Bakı. 14 iyul. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Q.Məmmədov küçəsi, 3C ünvanında yerləşən 16 mərtəbəli, 128 mənzilli binada rayon üzrə ilk MMMC yaradılıb. Bu müəssisə artıq "Xətai-1" MMMC adı ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Bununla yanaşı, Bakı şəhərinin Binəqədi, Yasamal, Nəsimi və Səbail rayonlarında yerləşən müxtəlif ünvanlarda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri yaradılaraq dövlət qeydiyyatından keçib.

Bununla da ölkədə dövlət qeydiyyatına alınan MMMC-lərin sayı 9-a çatıb.

Son xəbərlər

Orphus sistemi