"Nordstar" aviaşirkəti Norilsk-Samara-Bakı reyslərini müvəqqəti dayandırır

"Nordstar" aviaşirkəti Norilsk-Samara-Bakı reyslərini müvəqqəti dayandırır Nordstar aviaşirkəti yeni təyyarə tədarükünün gecikməsi ilə əlaqədar yay uçuş proqramında ixtisarlar edib.
İnfrastruktur
22 Aprel , 2019 16:30
Nordstar aviaşirkəti Norilsk-Samara-Bakı reyslərini müvəqqəti dayandırır

"Nordstar" aviaşirkəti yeni təyyarə tədarükünün gecikməsi ilə əlaqədar yay uçuş proqramında ixtisarlar edib.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, daşıyıcı Norilsk-Samara-Bakı və Norilsk-Ufa-Anapa reyslərini müvəqqəti dayandırır.

Bu reyslərin sərnişinlərinə digər yaxın tarixlərə qeydiyyat aparılması və ya Moskva tranziti ilə uçuşlar təklif olunur.

"Son təyinatdan asılı olmayaraq, hər bir sərnişinə başqa aviadaşıyıcılarda uçuşlar da daxil olmaqla ən rahat variant seçilir. İstənilən dəyişiklik halında daşınma aviaşirkətin hesabına həyata keçirilir və sərnişinlərdən əlavə ödəniş tələb olunmayacaq", - "Nordstar"dan əlavə ediblər.

Son xəbərlər

Orphus sistemi