Nobel prospektində böyük tıxac yaranıb

Nobel prospektində böyük tıxac yaranıb Uzun müddətdir davam edən təmir işləri yolda hərəkəti iflic edir
İnfrastruktur
13 Yanvar , 2016 09:23
Nobel prospektində böyük tıxac yaranıb

Bakı. 13 yanvar. REPROT.AZ/ Hazırda Bakı şəhərinin Nobel prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. 

Qeyd edək ki, prospektdə "Ağşəhər" layihəsi çərçivəsində yeraltı yüksəkgərginlikli elektrik xəttinin çəkilməsi ilə əlaqədar ərazidə avtomobillərin hərəkətində mütəmadi olaraq böyük sıxlıq yaranır. 

Bundan başqa, Ziya Bünyadov prospekti (20 Yanvar dairəsi/nisbi sıxlıq) və Tbilisi prospektində də avtomobillərin hərəkətində sıxlıq yaranıb.  

Son xəbərlər

Orphus sistemi