Nizami rayonunda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Nizami rayonunda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq Bəkir Çobanzadə küçəsinin bir hissəsində təmirinə başlanılıb
İnfrastruktur
10 Mart , 2016 15:46
Nizami rayonunda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Bakı. 10 mart. REPORT.AZ/ Bakı şəhərinin Nizami rayonu Bəkir Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri arasında yerləşən hissəsinin təmiri işlərinə start verilib. Qeyd edilən hissənin uzunluğu 780 metr, eni isə 14 metrdir. Bu, “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumatda bildirilir. 

Təmir-tikinti işləri zamanı yeraltı kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara çıxarılır, köhnə səki daşları sökülür. Daha sonra yolun köhnə asfalt-beton örtüyünün yenilənməsi həyata keçiriləcək. Ümumilikdə, ikiqat olmaqla 11 min kv. metr sahə asfaltlanacaq. Küçə boyu 1 600 paqonmetr yeni səki daşı düzüləcək, kommunikasiya xətlərinin baxış qapaqları və yağış barmaqlıqları yeniləri ilə əvəzlənəcək. İşlər çərçivəsində mövcud olan piyada səkiləri də bərpa olunaraq asfaltlanacaq.

Avtonəqliyyat vasitələrinin, o cümlədən müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə təmir işlərinin aparıldığı ərazidə 4 xüsusi cibli dayanacaq tikiləcək. Ciblərin uzunluğu 15 metr, eni isə 3,5 metr olacaq.

Qeyd edək ki, Bəkir Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri arasında yerləşən hissəsində təmir işlərinin aparıldığı müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə müvəqqəti olaraq və qısamüddətli məhdudlaşdırılacaq.

Son xəbərlər

Orphus sistemi