Bakı. 9 mart. REPORT.AZ/ Bakı şəhərinin Nizami küçəsinin F.Əmirov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər, Azadlıq prospekti ilə kəsişməsindən R.Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşıb.
“Report” “Azəryolservis” ASC-yə istinadən xəbər verir ki, hazırda hər iki hissədə kommunikasiya quyularının dəmir-beton pilitələri və baxış qapaqları dəyişdirilir. Bu işlərdən sonra küçənin hərəkət hissəsinin üfüqi nişanlanmasına başlanacaq.

