Nijni Novqoroddan Azərbaycana uçuşlar bərpa edilir

Nijni Novqoroddan Azərbaycana uçuşlar bərpa edilir Fevral ayının 17-dən adıçəkilən şəhərdən paytaxtımıza reyslər həyata keçiriləcək
İnfrastruktur
11 Fevral , 2021 18:12
Nijni Novqoroddan Azərbaycana uçuşlar bərpa edilir

Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar həyata keçiriləcək.

“Report” RBK-ya istinadən xəbər verir ki, Nijni Novqorod şəhərinin “Striqino” beynəlxalq aeroportu xarici ölkələrə uçuş cədvəlini yeniləyərkən ora Bakı (Azərbaycan) istiqamətini də salıb.

Belə ki, fevral ayının 17-dən adıçəkilən şəhərdən paytaxtımıza reyslər həyata keçiriləcək.

Xatırladaq ki, daha əvvəl AZAL və Rusiyanın “Aeroflot” aviaşirkəti Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlanacağını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi