​Nəsimi rayonunda küçə təmir olunub - VİDEO

​Nəsimi rayonunda küçə təmir olunub - VİDEO Uzunluğu 650 metr, eni 14 metr olan küçə yeni görkəmdə istifadəyə verilib
İnfrastruktur
225
3 İyun , 2016 18:28
​Nəsimi rayonunda küçə təmir olunub - VİDEO

Bakı. 3 iyun. REPORT.AZ/ “Azəravtoyol” ASC tərəfindən Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində təmir-bərpa işləri aparılıb. 

“Report” ASC-yə istinadən xəbər verir ki, uzunluğu 650 metr, eni 14 metr olan küçə təmirdən sonra tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Sözügedən küçədə təmir-bərpa işləri çərçivəsində yol boyu köhnə səki daşları çıxarılaraq yenisi ilə əvəzlənib, zəruri olan yerlərdə mövcud səkilər bərpa olunaraq, asfaltlanıb. Ümumilikdə yol kənarlarına 1100 paqon-metr yeni səki daşı düzülüb.

Bundan başqa, asfalt-beton örtüyünün üst qatı tamamilə qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə isə 10 min kv.msahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Aparılan işlər zamanı yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib, səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınaraq yağış barmaqları yenisi ilə əvəzlənib.

Təmir-bərpa işləri tərtib olunan qrafikə uyğun qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi