Bakıda bir sıra yollarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

Bakıda bir sıra yollarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb Bağlanış mərasiminə bileti olan hər kəsə ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunur
İnfrastruktur
187
28 İyun , 2015 16:00
Bakıda bir sıra yollarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

Bakı. 28 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar Bakıdakı bir sıra yollarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

"Report" xəbər verir ki, saat 16:00-dan tətbiq olunan məhdudiyyət gecə saat 02:00-a qədər qüvvədə olacaq. Belə ki, Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağına qədər olan hissəsi, Mehdi Hüseyn küçəsinin Parlament prospektindən Teymur Elçin küçəsi ilə kəsişməsinə qədər olan hissəsi bağlı olacaq.

Bağlanış mərasiminə bileti olan hər kəsə genişləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunur.

Bu gün Bakı Metropoliteni və ekspress avtobuslar saat 02:00-dək fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi