​Nəqliyyat nazirinin İmişlidə vətəndaşların qəbul tarixi dəyişdirilib

​Nəqliyyat nazirinin İmişlidə vətəndaşların qəbul tarixi dəyişdirilib Ziya Məmmədov vətəndaşlarla martın 29-da görüşəcək
İnfrastruktur
15 Mart , 2016 18:18
​Nəqliyyat nazirinin İmişlidə vətəndaşların qəbul tarixi dəyişdirilib

Bakı. 15 mart. REPORT.AZ/ Nəqliyyat naziri Ziya Məmmədovun martın 18-də İmişli rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbul vaxtı martın 29-na dəyişdirilib.

“Report” Nəqliyyat Nazirliyinə istinadən bildirir ki, İmişli və Beyləqan rayonlarını əhatə edəcək qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı martın 28-də saat 09:00-dan 18:00-dək İmişli şəhəri, 20 Yanvar küçəsi, 11 və Beyləqan şəhəri, H.Əliyev prospekti, 14 (Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 12 saylı Beyləqan regional şöbəsinin inzibati binası) ünvanlarda aparılacaq.

Son xəbərlər

Orphus sistemi