Bakı Nəqliyyat Agentliyinin (BNA) “Nəqliyyat Könüllüləri” proqramına qəbul üzrə müsahibə mərhələsi başa çatıb.
"Report" bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, müraciət edən 400 nəfər namizəddən 168 nəfər müsahibə mərhələsinə seçilib və 47 nəfəri uğur qazanaraq könüllülük proqramına qəbul olunub.
Uğur qazanan könüllülər Agentliyin struktur bölmələrində, eləcə də tabeli qurumların fəaliyyətlərinə cəlb olunacaq.