Neftçilər və Nobel prospektlərinin kəsişən hissəsində asfaltlanma işləri aparılacaq

Neftçilər və Nobel prospektlərinin kəsişən hissəsində asfaltlanma işləri aparılacaq "Azəravtoyol" bununla bağlı sürücülərə xəbərdarlıq edib
İnfrastruktur
7 Yanvar , 2017 18:30
Neftçilər və Nobel prospektlərinin kəsişən hissəsində asfaltlanma işləri aparılacaq

Bakı. 7 yanvar. REPORT.AZ/ Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissəsində sabah səhər saatlarından başlayaraq yolun hərəkət hissəsindən çıxarılmış dəmir yolu relslərinin yerinin asfaltlanması işləri aparılacaq.

"Report" xəbər verir ki, bunu "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O, bildirib ki, işlərin bir-neçə saat ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır.

"Asfaltlanma işləri hissə-hissə aparılacaq və avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Prospektin sözügedən hissəsində hərəkətin qismən məhdudlaşdırılması tətbiq ediləcək. Ancaq buna baxmayaraq sürücülərdən xahiş olunur ki, həmin hissədə sıxlığın yaranmaması üçün hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər" - deyə ASC rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi