​"Neftçilər" metro stansiyasının keçidləri təmir olunur

​"Neftçilər" metro stansiyasının keçidləri təmir olunur Keçid divarlarını stansiyanın adına uyğun tematik lövhələr bəzəyəcək
İnfrastruktur
104
15 Fevral , 2016 14:10
​Neftçilər metro stansiyasının keçidləri təmir olunur

Bakı. 15 fevral. REPORT.AZ/ Bakı Metropoliteni stansiyalarının zahiri görkəmində aşkar qüsurlar, tökülmək təhlükəsi yaranmış plaftorma, yol və keçidlərində müvafiq təmir işləri davam etdirilir.

Qurumdan "Report"a verilən məlumata görə, "Neftçilər" stansiyasının keçidlərində təmir işlərinə başlanılıb. Hazırda stansiyanın 2-ci vestibülünün keçidlərinin divarlarında istismar müddətini başa vurmuş örtük sökülür. Yeni layihəyə əsasən, keçidlərin divarlarında stansiyanın adına uyğun mozaik lövhələrin yaradılması nəzərdə tutulub.

"Bu işlər yekunlaşdırıldıqdan sonra birinci vestibülün keçidlərinin təmirinə başlanılacaq. Təmir zamanı sərnişinlərin keçidlərdən istifadə olunmasına hər bir şərait yaradılıb", - deyə Metropolitendən bildirilib.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC sədrinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, "Nizami" stansiyasının qatar yolu divarlarında mərmər örtüyün dəyişdirilməsinə də başlanılıb. İkinci yolun köhnə mərmər örtüyü artıq sökülüb. Növbəti mərhələdə tor şəbəkə qurulacaq və yeni mərmər təbəqənin yığılmasına başlanılacaq.

Son xəbərlər

Orphus sistemi