Qəbələdə 2 avtomobil yolu AAYDA-nın balansına keçib

Qəbələdə 2 avtomobil yolu AAYDA-nın balansına keçib Nazirlər Kabineti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin keçmiş Dağlar Yusifov adına Qəbələ Qızılbalıqartırma Zavodunun və Qəbələ rayonunun Çuxur Qəbələ Bələdiyyəsinin balansında olan avtomobil yollarının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nda dəyişiklik edib.
İnfrastruktur
31 Yanvar , 2020 20:18
Qəbələdə 2 avtomobil yolu AAYDA-nın balansına keçib

Nazirlər Kabineti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin keçmiş Dağlar Yusifov adına Qəbələ Qızılbalıqartırma Zavodunun və Qəbələ rayonunun Çuxur Qəbələ Bələdiyyəsinin balansında olan avtomobil yollarının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nda dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin keçmiş Dağlar Yusifov adına Qəbələ Qızılbalıqartırma Zavodunun balansında olmuş 2,2 kilometrlik magistral yol və Qəbələ rayonu, Çuxur Qəbələ Bələdiyyəsinin balansında olan 3,8 kilometrlik avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilib.

Son xəbərlər

Orphus sistemi