Nazirdən Şəmkir-Qaranüy avtobus marşrutunun açılması istənilib

Nazirdən Şəmkir-Qaranüy avtobus marşrutunun açılması istənilib Ziya Məmmədov Şəmkirdə vətəndaş qəbulu keçirib
İnfrastruktur
24 İyul , 2015 20:35
Nazirdən Şəmkir-Qaranüy avtobus marşrutunun açılması istənilib

Bakı. 24 iyul. REPORT.AZ/ Bu gün Şəmkirdəki Heydər Əliyev Mərkəzində nəqliyyat naziri Ziya Məmmədov Şəmkir, Tovuz və Qazax rayonlarından olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləyib.

"Report" xəbər verir ki, vətəndaşların müraciətləri əsasən Şəmkir avtovağzalının tikintisi, Şəmkir-Qaranüy avtobus marşrutunun açılması, Tovuzda mövcud dəmiryolu körpüsünə paralel olaraq ikinci körpünün inşası, Tovuz-Böyük Qışlaq avtomobil yolunun təmiri, işə qəbul və digər məsələlərlə bağlı olub.

Z.Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib.

Vətəndaşları narahat edən, nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi