Nazir müavini: "Qarabağda məskunlaşma üçün özəl təşəbbüslərin təşviq edilməsi vacibdir"

Nazir müavini: "Qarabağda məskunlaşma üçün özəl təşəbbüslərin təşviq edilməsi vacibdir" "Qarabağda təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşlarımızın əbədi məskunlaşması üçün xüsusi əhəmiyyət kəsb edir".
İnfrastruktur
20 Oktyabr , 2021 11:18
Nazir müavini: Qarabağda məskunlaşma üçün özəl təşəbbüslərin təşviq edilməsi vacibdir

İqtisadiyyat nazirinin müavini həmçinin deyib ki, Vətən müharibəsində qazanılan qələbə ilə Azərbaycanda yeni inkişaf mərhələsi başlayıb: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya və köklü islahatlar ölkəmizin iqtisadi qüdrətinin artmasına möhkəm zəmin yaradır. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərimzin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yerli və beynəlxalq loqistika dəhlizi imkanları Azərbaycanın inkişafına böyük təkan verəcək. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə iqtisadi canlanmanı sürətləndirilməsi üçün dəstək mexanizmləri, "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyalarının tətbiqi ilə aparılan quruculuq işləri, sənaye, ticarət, loqistika və xidmət mərkəzlərinin yaradılması, "yaşıl enerji" zonasının, bərpa olunan enerji sistemlərinin qurulması, regionun turizm məkanına çevrilməsi ilə bağlı tədbirlər görülür. Bu baxımdan sərginin təşkili bizim üçün önəmli dövrə təsadüf edir. İqtisadiyyatın əsas sahələrindən olan inşaat sektoru inkişafda, xüsusilə iqtisadiyyatın dayanıqlığını möhkəmlətməkdə ən əhəmiyyətli rola malikdir. Tikinti sektoru ilə bütün iqtisadi zənciri hərəkətə gətirmək, digər sahələr üçün tələb və təklif yaratmaq mümkündür. İnanıram ki, beynəlxalq sərgi çərçivəsində keçirilən görüşlər işgüzar əlaqələr üçün əlverişli platforma olacaq, Qarabağın yüksək inkişaf etmiş regiona çevrilməsinə öz töhfəsini verəcək".

İlk xəbər saat 11:10-da verilib

"Qarabağda təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşlarımızın əbədi məskunlaşması üçün xüsusi əhəmiyyət kəsb edir".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən və oktyabrın 22-nə qədər davam edəcək 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi ("BakuBuild-2021"), 13-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi ("Aquatherm Baku-2021") və 1-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi ("Rebuild Karabakh-2021") sərgilərinin açılışında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

"Bunun üçün işğaldan azad edilmiş ərazilərimizdə layiqli yaşayış təmin edilməli, zəruri infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır. Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla əhalinin məskunlaşması təmin edilməlidir. Bu prosesdə özəl təşəbbüslərin təşviq edilməsi, dövlət özəl tərəfdaşlığının inkişafı vacib amillərdəndir. Yalnız belə şəraitdə işğaldan azad olunmuş ərazilərimizin Azərbaycanın böyük gələcəyinə reinteqrasiyasını təmin etmək mümkündür", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi