Nazir müavini: “Müasir geosiyasi reallıqlar Orta Dəhlizin əhəmiyyətini artırır”

Nazir müavini: “Müasir geosiyasi reallıqlar Orta Dəhlizin əhəmiyyətini artırır” Müasir geosiyasi reallıqlar Asiya ilə Avropa arasında yükdaşıma məsələsində Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) strateji əhəmiyyətini artırır.
İnfrastruktur
1 Aprel , 2024 12:49
Nazir müavini: “Müasir geosiyasi reallıqlar Orta Dəhlizin əhəmiyyətini artırır”

Müasir geosiyasi reallıqlar Asiya ilə Avropa arasında yükdaşıma məsələsində Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) strateji əhəmiyyətini artırır.

“Report” xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bu gün Bakıda keçirilən Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyanın 8-ci iclasında bildirib.

“Orta Dəhlizin əsas üstünlüklərindən biri odur ki, bu dəhliz boyu yerləşən dövlətlər dostluq münasibətlərinə malikdir və onlar arasında sıx əməkdaşlıq qurulub. Biz tərəfdaş ölkələrlə birlikdə dəhlizin genişləndirilməsi üçün səylər göstəririk, həmçinin bu problemlərin həlli üçün “dar boğazlar”ın müəyyən edilməsi üzərində işləyirik”, - o vurğulayıb.

Nazir müavini iki il əvvəl Azərbaycan, Qazaxıstan və Türkiyə ərazilərində 2022-2027-ci illər üçün “dar boğazlar”ın aradan qaldırılması və bu dəhlizin inkişafı üzrə Yol Xəritəsinin imzalandığını xatırladıb.

Qeyd edək ki, 2023-cü ildə bu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların həcmi 86 % artaraq 2,8 milyon tona çatıb. 2022-ci ildə bu göstərici 1,5 milyon ton, 2021-ci ildə isə 586 min ton olub.

Orta Dəhliz layihəsi Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirir. Bu layihə 2013-cü ildən reallaşdırılır və həmin marşrut vasitəsilə Çin məhsullarının Avropaya çatdırılma müddəti 3 dəfə azalır.

Son xəbərlər

Orphus sistemi