Nazir müavini: "Daşıyıcıların yeni marşrut xətlərinə marağı yoxdur"

Nazir müavini: "Daşıyıcıların yeni marşrut xətlərinə marağı yoxdur" Azərbaycanın daşıyıcı şirkətlərinin yeni marşrut xətlərinə marağı yoxdur.
İnfrastruktur
27 Oktyabr , 2022 16:44
Nazir müavini: Daşıyıcıların yeni marşrut xətlərinə marağı yoxdur

Azərbaycanın daşıyıcı şirkətlərinin yeni marşrut xətlərinə marağı yoxdur.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyatla bağlı problemlərin ictimai müzakirəsində deyib.

"Son vaxtlar çalışırıq ki, yeni marşrut xətlərini ancaq müsabiqə yolu istifadəyə verək. Qarabağ istiqamətində marşrut xətləri üçün müsabiqələr keçirilib, hazırda isə cənub bölgəsi üçün də müsabiqələr keçirilir. Bu müsabiqələri tam şəffaf şəkildə keçirmək bizim vəzifəmizdir. Ancaq şirkətlər tərəfdən maraq yoxdur. Biz bunu təbliğ etməyə çalışırıq", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi